Kriptovalyuta rəqəmsal valyutadır. Hansı ki hec vaxt toxunub görə bilməyəcəniz valyuta sistemidir (blokçeyn texnlogiyasıdır). Bu gün kiməsə kartla pul göndərmək istədikdə bu pul bankın vasitəçiliyi ilə sahibinə çatır. Lakin burada köçürmələri etmək üçün hər hansısa banka və ya dövlət göstərişinə ehtiyac yoxdur. İlk kriptovalyuta (bitcoin) 2008-ci ildə Satoşi Nakamoto adlı bir yaponiyalı uğurlu proqramçı tərəfindən icad olundu.
Blokçeyn texnologiyası vasitəsilə iki nəfərin arasında vasitəçi hökumət və ya bank olmadan pul mübadiləsi həyata keçirmək olur. Bu icadın nəticəsində isə blokçeyndə işləyə biləcək valyutaya ehtiyac yarandı və müxtəlif kriptovalyutalar meydana çıxdı. Hazırda blokçeyn şəbəkəsində yüzlərlə kriptovalyuta dövr edir. Bildiyiniz kimi hökumətlər pul çap etmək üçün əvəzində qızıl verirlər. Kriptovalyuta qazanmaq üçün isə elektriki və kompüterin resurslarını vermək lazımdır. Bu proses mayninq adlanır. Mayninq etməklə Bitcoin-dən tutmuş digər koinlərə qədər bütün növ kriptovalyutaları qazanmaq olar.
Kriptovalyutanın üstünlükləri nələrdir?
- Kripto valyutalar dünyada rəqəmsal məlumat mübadiləsində ən təhlükəsiz sistem hesab olunan Blokçeynə əsaslanır;
- Əldə olunması və saxlanılması çox rahatdır;
- Əməliyyatlar mövcud sistem ilə müqayisədə daha asan başa gəlir;
- Hökümətlərin və mərkəzi bankların dövriyyəyə nəzarəti güclənir, xüsusilə də qara bazarın qarşısının alınmasında effektivlik artır;
Kriptovalyutaların işləmə prinsipi.
Kriptovalyutaların yaradılması və dövriyyəsi xüsusi “mayninq” adlanan bir proseslə həyata keçirilir. Mayninq zamanı kompüterin hesablama gücü istifadə edilərək mürəkkəb alqoritmlər həll olunur və bu, yeni kriptovalyuta vahidlərinin yaradılmasına səbəb olur. Hökumətlər adi pul vahidlərini qızıl rezervləri ilə təmin etdiyi halda, kriptovalyutalar enerji və texnoloji resurslarla təmin edilir.
Kriptovalyutaların istifadə sahələri.
Kriptovalyutalar təkcə maliyyə əməliyyatlarında deyil, həm də rəqəmsal kontraktların tərtibi, məlumatların təhlükəsiz saxlanması və müxtəlif platformalar arasında məlumat mübadiləsi üçün də istifadə edilir. Hər bir əməliyyat blokçeyn şəbəkəsində iz buraxır və bu, sistemin şəffaflığını və güvənliyini artırır.
Kriptovalyutanın gələcəyi.
Kriptovalyutalar gələcəyin maliyyə sistemlərinin əsas hissəsi kimi görülür. Mərkəzi hökumətlərdən asılı olmayan, tam təhlükəsiz və anonim əməliyyatlar aparmaq üçün böyük potensiala sahibdir. Bu texnologiya gələcəkdə daha da genişlənəcək və kriptovalyutalar bir çox sahədə ənənəvi pul sistemlərinə alternativ olacaq.
Düşüncə Academy-də Kriptovalyuta Kursları.
Əgər kriptovalyutaların necə işlədiyini dərindən öyrənmək və bu sahədə uğurlu yatırım etməyi bacarmaq istəyirsinizsə, Düşüncə Academy-nin kriptovalyuta kursları sizin üçün ideal seçimdir. Təcrübəli mütəxəssis Rəşad Qafarovun keçdiyi dərslərdə, kriptovalyutanın əsas anlayışlarından başlayaraq, texniki analizlər, blokçeyn texnologiyası və təhlükəsiz yatırımların sirrləri ilə tanış ola biləcəksiniz. Kurs haqqında daha ətraflı məlumat almaq və tədris proqramına baxmaq üçün buraya klikləyin.